14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dünyanın 20 zəngin adamı 68 milyard zərərlə üzləşiblər
Tarix: 17-03-2020 13:42 | Bölmə: İqtisadiyyat
Dünyanın 20 zəngin adamı 68 milyard zərərlə üzləşiblər

Dünya birjalarında dünənki kəskin çöküşdən sonra 20 ən zəngin sahibkar 68 milyard ABŞ dolları məbləğində zərərə uğrayıb.

“Forbes” xəbər verir ki, bazar ertəsi günü S&P indeksi 12 faiz, Dow Jones indeksi isə ta 1987-ci ildən sonrakı dövrə ən kəskin eniş yaşayaraq 13 faiz azalıb. Nəticədə ən zəngin şəxslərdən “Facebook”un təsisçisi Mark Zukerberq 8,8 milyard ABŞ dolları, “Microsoft”un keçmiş rəhbəri Stiv Balmer 6,9 milyard ABŞ dolları, “Oracle”ın təsisçisi Larri Ellison da 6 milyard ABŞ dolları məbləğində ziyan çəkiblər.

Bütövlükdə, son bir ayda yeni koronavirusun bazarlardakı fəsadalrı üzündən 20 zənginin varidatı 300 milyard ABŞ dollarına yaxın azalıb. Bunlardan “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno fevralın 13-dən etibarən 29,6 milyard ABŞ dolları azalaraq 79,9 milyarda geriləyib.

Ötən cümə axşamı da ABŞ və Avropa birjalrındakı kəskin ucuzlaşma nəticəsində zənginlərin 78 milyard ABŞ dollarından çox ziyan çəkdikləri bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}