Tarix: 03-02-2016 13:21 | Bölmə: İqtisadiyyat
Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.
Reyting.az report.az-a istinadən xəbər verir ki, fevralın 1-də lisenziyası bərpa edilən "NBC Bank" ASC artıq bu ilin aprel ayında "Parabank" ASC və"Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığınıbildirib.
Mənbə, bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.
"Parabank"dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, "Dekabank"dan isə bu məlumatın səhv olduğunu bildiriblər.
"NBC Bank"dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansıbanklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.
***
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, əslində ölkədə üç bankın birləşməsi real görünsə də, sözügedən siyahıda"Dekabank"ın deyil,"Kredobank"ın olduğu bildirilir: "Bu bankların birləşmə ilə bağlı sövdələşməsində üçüncü tərəf kimi "Dekabank" deyil, "Kredobank" ASC iştirak etmək niyyətindədir".
Bölməyə aid digər xəbərlər