Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-10-2016 13:08 | Bölmə: İqtisadiyyat

Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə İtaliyanın "Tenaris Global Services” şirkətinin icraçı direktoru Paolo Rocca arasında görüş keçirilib.
"Tenaris Global Services”in energetika sektoru və digər sənaye xidmətlərində polad boruların istehsalında və təchizatında dünyanın aparıcı şirkətlərindən biri olduğunu deyən Paolo Rocca 21.700 işçiyə malik şirkətin 2015-ci ildə büdcəsinin 7,1 milyard ABŞ dolları təşkil ediyini diqqətə çatdırıb. Bildirilib ki, "Tenaris Global Services” şirkəti istehsalat, tədqiqat laboratoriyası, hazırlanmış məhsula son şəkil vermək və xidmət mərkəzlərindən ibarət şəbəkəyə malik olmaqla Amerika qitəsi, Avropa, Orta Şərq, Asiya və Afrikada sənaye sahəsi üzrə fəaliyyət göstərir. Ən iri neft-qaz bazarlarında birbaşa iştiraka malikdir.
Tərəfdaşları arasında dünyanın aparıcı neft şirkətlərinin yer aldığı "Tenaris Global Services” Azərbaycanla İtaliya arasında mövcud enerji əməkdaşlığının və həyata keçirilən enerji layihələrinin yaratdığı imkanlardan bəhrələnərək, öz xidmətlərini təklif etməkdə maraqlıdır.
Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələrin mövcud olduğunu xatırladan energetika naziri Natiq Əliyev enerji sahəsində əməkdaşlığın gələcək inkişaf üçün müsbət perspektivlər müəyyənləşdirdiyini deyib. Nazir İtaliyanın "Eni”, "ACİP” "LUKACİP”, ”Saipem”, "Maire Tecnimont”, "Amec Foster Wheeler”, "Edison” kimi onlarla şirkəti ilə neft-qaz, emal və neft-kimya sənayesində uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. "Tenaris Global Services”in də öz imkanlarını dəyərləndirmək üçün doğru zaman seçdiyini bildirib.
Nazir ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə də məlumat verərək, ölkədə investiya üçün əlverişli mühütin olduğunu diqqətə çatdırıb.
İtaliyalı qonaq TAP-ın icra vəziyyəti ilə də maraqlanıb. Natiq Əliyev neftin qiymətinin kəskin aşağı düşməsi prosesinin davam etməsinə baxmayaraq, "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ləngimələrə yol verilmədiyini deyib. Bildirib ki, 2020-ci ildə Azərbaycan təbii qazının "Trans-Adriatik” (TAP) kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq. İtaliya hökuməti səviyyəsində TAP-a dəstək verildiyini qeyd edən nazir vurğulayıb ki, layihənin vaxtında reallaşması bütün tərəflər üçün eyni dərəcədə vacibdir: "İmzalanan müqavilələrin şərtlərinə əsasən, öhdəlikləri yerinə yetirməyən tərəf cərimələnəcək. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.”
Sonra DESFA-nın özəlləşdirilməsi və SOCAR-SNAM əmədaşlığı barədə də müzakirələr aparılıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər