Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2016 13:06 | Bölmə: İqtisadiyyat

Maliyyə Nazirliyinin Kollegiyası "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nı təsdiq edib.
Bu ildən qüvvəyə minən bu Qayda kredit təşkilatları istisna olmaqla, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edən mühasibat uçotu subyektlərinə şamil edilir və təşkilatlar tərəfindən mühasibat uçotunun sintetik uçotunun memorial order forması əsasında aparılmasını müəyyən edir.
Mühasibat uçotunu sadələşdirilmiş uçot qaydalarına uyğun aparan mühasibat uçotu subyektləri də bu Qaydadan istifadə etmək hüququna malikdir.Sintetik uçotun memorial order formasını (əllə və ya avtomatlaşdırılmış rejimdə) tətbiq etməyən təşkilatlar mühasibat uçotunun sintetik uçotunu digər formalar (jurnal-order forması və ya digər avtomatlaşdırılmış) əsasında həyata keçirmək hüququna malikdirlər. İcra hakimiyyəti orqanları sintetik uçotun aparılması ilə əlaqədar digər formaların tətbiqini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.
Memorial order forması baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə uyğun olaraq xronoloji ardıcıllıqla müxabirləşmələrin verilməsi ilə tərtib edilən sintetik uçotun aparılması formasıdır.Sintetik uçot müəyyən iqtisadi əlamətlərinə görə əmlak, öhdəlik və təsərrüfat əməliyyatları üzrə ümumiləşdirilmiş məlumatların məbləğ ölçüsündə sintetik hesablarda aparılan uçotudur. Memorial orderlərdə mühasibat yazılışları (müxabirləşmələr) baş vermiş maliyyə təsərrüfat əməliyyatının xarakterindən asılı olaraq, bir hesabın (subhesabın) debeti və digər hesabın (subhesabın) krediti üzrə yazılır. Təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi kassada olan pul vəsaitlərinin hərəkətinin və düzgün istifadəsinin təmin edilməsindən, qalıq məbləğ barədə dəqiq məlumatın əldə edilməsindən və onların qorunmasından ibarətdir.
Kassir (xəzinədar) tərəfindən kassa kitabında pul vəsaitləri üzrə yazılışlar hər bir kassa mədaxil orderi, kassa məxaric orderi və ya onu əvəz edən sənədlər üzrə əməliyyat baş verdikdən dərhal sonra həyata keçirilir.Kassada milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. "Kassa” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu, əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.
İş gününün sonunda kassir (xəzinədar) gün ərzində əməliyyatların yekununu hesablayaraq, növbəti iş gününün əvvəlinə kassada olan pul vəsaitlərinin qalığını çıxarır, mədaxil və məxaric sənədləri ilə birlikdə kassa hesabatının surətini (gün ərzində kassa kitabında yazılışların surətini) kassa kitabına imza etdirməklə mühasibatlıqda məsul şəxsə təqdim edir.
Təşkilatlarda bank əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi bankda olan pul vəsaitlərinin hərəkətinin, düzgün istifadəsinin təmin edilməsindən və onların qalıq məbləği barədə dəqiq məlumatın əldə olunmasından ibarətdir. "Bank hesablaşma hesabları” sintetik hesabında milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır."Bank hesablaşma hesabları” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.
Təşkilatlarda əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə sintetik uçotun əsas məqsədi əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə hesablanılmış, ödənilmiş, deponentləşdirilmiş və qalıq məbləğin müəyyən edilməsindən ibarətdir.Təhtəlhesab şəxslərə avans olaraq pul vəsaitləri təşkilatın kassasından nağd şəkildə və ya bankda olan hesablarından onların əmək haqqı kartlarına köçürmə yolu ilə ödənilir.
Malsatanlar tərəfindən verilmiş sənədlərin göstəriciləri ilə faktiki qəbul edilən ehtiyatlar üzrə uyğunsuzluq olduğu hallarda (səhv olduqda, mal çatışmadıqda və sairə) malsatanın, alıcının və marağı olmayan təşkilat nümayəndələrinin iştirakı ilə üç nüsxədən ibarət olmaqla akt tərtib edilir və istifadəçilərə təqdim edilir(APA).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər