Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-12-2016 16:47 | Bölmə: İqtisadiyyat
Kiçik Qafqazın Azərbaycana aid hissəsində köklü qızıl yataqlarında aparılan axtarış nəticəsində Tülallar qızıl təzahürünün yüksək perspektivliyə malik olması müəyyənləşib. Təzahür Göygöl rayonunun eyni adlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 km məsafədə yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən bildiriblər ki, təzahürün güclü kvarslaşmaya məruz qalan sahələrində keçilən dağ qazmalarından alınan nəticələrə əsasən, zonanın filizli hissəsinin qalınlığı yer səthində və mağara horizontlarında 12-90 m arasında dəyişir və burada qızıl 0,4-33,5 qram/ton, gümüş isə 0,5 - 48,4 q/t arasında qeyd olunur: "Tülallar təzahüründə qızılın resursları, hazırda istismar olunan Gədəbəy qızıl-mis və Çovdar qızıl yataqlarının ehtiyatlarına yaxındır və yatağın dağ-texniki şəraiti hər iki yatağa nisbətən istismar üçün daha əlverişlidir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müstəqil qurumu laboratoriya şəraitində Tülallar yatağının filizlərinin texnoloji işlənməsi prosedurlarını araşdırırkən ekoloji cəhətdən daha səmərəli hesab olunan flotasiya üsuluna üstünlük verilib və qızılın yüksək çıxımına (90%) nail olunub”.
"Son illərdə, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində axtarış zamanı müsbət nəticələr əldə olunub, qızıla, gümüşə və misə perspektivli sahə ayrılıb. Sahədən qızıl və gümüşün təyini üçün göndərilmiş sınaqlarda qızıl 0,4 q/t-dan 2,2 q/t-a qədər, gümüş isə 2,0 q/t-dan 4,2 q/t-a qədər təyin edilib. Başqışlaq sahəsinin Qasımzağası hidrotermal dəyişmə zonasında qalınlığı 10,3 m-dən 12,1 m-ə çatan 4 kəsilişdən götürülmüş sınaqlarda misin miqdarının 1,19%-dən 2,13%-ə çatdığı, ümumiyyətlə, zona üzrə 11,5 m orta qalınlığa 2,03 % mis təyin edilib. Bundan başqa, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb”, - deyə Xidmətdən bildirilib.(APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər