Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-12-2016 17:47 | Bölmə: İqtisadiyyat
Nazirlər
Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri
Sadiq Mədətov və Tural Qulu Estoniyadan səfərdən qayıdıblar.
Məlumata görə, qurumun nümayəndə heyəti 1-2 dekabr tarixlərində Estoniyanın Tallin şəhərində Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin 2-ci görüşündə iştirak ediblər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşün məqsədi iştirakçı ölkələrin maliyyə, səhiyyə və icbari tibbi sığorta üzrə mütəxəssisləri ilə dövlət büdcəsindən səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan məsələlərin və səhiyyə sisteminin maliyyə dayanıqlılığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi olub.
Görüşdə həmçinin, səhiyyə sistemlərinin fəaliyyətinə əsaslanan maliyyələşməsi, hesabatı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarının xərclənməsinə nəzarət mexanizmləri, müzakirə olunmuş və müxtəlif Avropa ölkələrinin bu sahədə təcrübələri öyrənilib.
Agentliyin nümayəndələri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat veriblər.
Mütəxəssislər həmçinin, Estoniya Tibbi Sığorta Fondunda görüşlər keçiriblər. İcbari tibbi sığortanın Estoniya modeli ilə tanış olublar. Daha sonra Agentliyin nümayəndələri Qərbi Tallin Mərkəzi Xəstəxanasında və İlkin Səhiyyə Xidməti göstərən mərkəzdə olub və tibbi xidmətin göstərilmə mexanizmləri ilə tanış olublar.(Fins.az)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər