Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-12-2016 11:38 | Bölmə: İqtisadiyyat
Asiya İnkişaf Bankı (AİB) dünyada ən iri qaz yataqlarından biri olan
"Şahdəniz
2” layihəsinin
genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 milyard dollar ayırıb.
AİB-dən verilən məlumata görə, maliyyə dəstəyinə "Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 mln. dollar vəsaitin ayrılması və əlavə 500 mln. dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.
Məlumatda bildirilib ki, AİB-in maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.
"AİB 2015-ci ildə özəl sektor vasitəsi ilə Şahdəniz qaz yatağının genişləndirilməsi üçün layihəyə güclü dəstək verib. Cənub Qaz Dəhlizinə təklif olunan yardım AİB-in bu mühüm layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamın bariz nümunəsidir”, - deyə AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan Şahdəniz layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək: "AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”.(APA)
***
AİB iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycana 500 mln. dollar kreditin ayrılmasını da təsdiqləyib.
"APA-Economics”in bankın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
"AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf və hərtərəfli artıma yardımı təmin edəcək”, - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib.
Onun sözlərinə görə, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər