Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-12-2016 16:23 | Bölmə: İqtisadiyyat

Yeni il qabağı Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının çox olması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) biletlərin qiymətini iki dəfə bahalaşdırıb.
Reyting.az xəbər verir ki, bu barədə unikal.org-a Türkiyədən Azərbaycana işləmək üçün gələn şəxs bildirib. O qeyd edib ki, bilet qiymətlərinin artması onu Yeni il qabağı ölkəsinə qayıtmaq üçün başqa imkanlardan istifadə etməyə məcbur edib:
"Ötən ay Atatürk Hava Limanına gediş-gəliş üçün 197 manata olan biletin qiymətini AZAL 400 manata qaldırıb. Məcburi olaraq vətənimə Gürcüstandan getməliyəm. Orada biletlər AZAL-ın müəyyənləşdirdiyi tariflərdən 4-5 dəfə ucuzdur. Bu cür qiymət artımını isə heç cür başa düşə bilmirik”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski qiymət artımını dolayı yolla təsdiqləyib.
Onun dediklərinə görə, təyyarə avtobus deyil ki, standart qiymətə sərnişin daşısın:
"Hər ayın əvvəli, ortası və sonunda qiymətlər dəyişir. Bilet qiymətinin artıb-azalması proseduru bütün dünyada belədir”.
P.Kəsəmənski deyib ki, Bakıdan İstanbula 49 avrodan başlayan bütün ucuz biletlər satılıb. "Bu da təbii ki, Yeni ilin gəlişi ilə bağlıdır. Hazırda Türkiyə ilə getmək istəyən sərnişinlər çoxluq təşkil edir. Hazırda yalnız bahalı biletlər qalıb",-deyə o, vurğulayıb.
Qeyd edək ki, bu ilin dekabrın 8-də AZAL konserninin prezidenti Cahangir Əsgərov Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılmasına baxmayaraq biletlərin tariflərinin artmayacağını bildirmişdi.
AZAL-ın mətbuat xidməti vasitəsilə konsernin prezidenti Cahangir Əsgərov bəyan edib ki, bütün aviaşirkətlərdə olduğu kimi, AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.
"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - deyə C.Əsgərov qeyd edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər