1 milyard 527 milyon manat vergi borcu yaranıb
Tarix: 20-12-2016 15:33 | Bölmə: İqtisadiyyat

 

"Dövlət sektorunda olan "Azərsu”yun 20.8 milyon manat faiz borcu, 2.2 milyon manat isə maliyyəsanksiyası onun şəxsi vərəqində mövcuddur”.

Bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Natiq Şirinov deyib.

O, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinəmövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib ki, digərləri sırf dövlət mülkiyyətində olan ayrı-ayrı qruplardır.

Natiq Şirinov bildirib ki, maliyyə sanksiyalarının əsas vergi məbləğinin və ona adekvat olaraq faizlərin hərəkəti çox dinamikdir.
"Statik olaraq eyni qrup vergi ödəyicilərində vergi borcları qalmır. Dövlət borclarını istisna etmək şərti ilə. Maliyyə sanksiyasının təxmini rəqəmləri 240-250 milyon manat civarındadır”.
Nazirlik rəsmisi ümumi vergi borclarından da danışıb: "1 dekabr üçün 1 milyard 527 milyon manat təşkil edir. Bunun 904.3 milyonu əsas vergi borcudur. 237.1 milyon manatı maliyyə sanksiyasıdır. 386.4 milyon manatı isə faiz borcudur”. 

 






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər