Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 27-12-2016 16:35 | Bölmə: İqtisadiyyat

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxış edib.
Dövlət başçısı ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini açıqlayıb. Bəs sosial evlər hansı müddətə veriləcək, şərtləri nədən ibarət olacaq, kimlər bu fürsətdən yararlana biləcək?
Reyting.az xəbər verir ki, Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.
Ayda cəmi 180 manat ödəniş
Onun sözlərinə görə, sosial evlərin qənaət edilən evlər kimi istifadəsi nəzərdə tutulub:
"Sosial evlər 1, 2, 3 otaqlı olmaq şərti ilə inşa ediləcək. 3 otaqlı mənzillərin sahəsi 75 kvadratmetr, 2 otaqlı mənzillərin sahəsi 45 kvadratmetr, 1 otaqlı mənzillərin sahəsi isə 35 kvadratmetr olacaq. Praktiki olaraq 1, 2, 3 otaqlı mənzillər qənaət olunan mənzillərdir. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Mövcud sahəilədaha çox insanın sosial mənzillərdən yararlanması nəzərdə tutulub”.
İqtisadçı bildirib ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub:
"Müvafiq olaraq 3otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün 180 manat ətrafında aylıq ödənişin həyata keçirilməsi nəzərdə tutulub.
Bütövlükdə müqavilə şərtlərində ödənişlərin manatla olacağı göstərilib və sosial mənzillərin haqlarının hansısa başqa valyuta ilə ödəniləcəyi nəzərdə tutulmur”.
Kimlər sosial mənzillərdən faydalana biləcək?
V.Bayramov deyib ki, MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır:
"Biz təklif edirik ki, yalnız sosial ipoteka ala bilənlər deyil, əhalinin digər aztəminatlı təbəqəsi, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil ala bilməyənlər, yeni ailə quran gənclər də bu fürsətdən faydalana bilsinlər.
Hələlik MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillər sosial ipotekadan faydalanmaq hüququ olan vətəndaşlarımıza təklif ediləcək. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən də istifadə olunacaq”.
25-30 illik ödənişlə ev sahibinə çevriləcəksiniz
Ekspert qeyd edib ki, sosial mənzillərin müddətinin sosial ipotekanın müddətinə uyğun olacağı gözlənilir:
"Mənzillərin təxminən 25-30 il müddətinə təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksəkliyinə əsasən daha az müddətə də ev götürə bilər. Güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq yalnız güzəştli təbəqəyə şamil olunmayacaq. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirsək, ölkənin gənc ailələrinin də sosial evlərdən yararlandığını görürük. Yəni aztəminatlı ailələrin də sosial mənzillərə çıxışı təmin edilməlidir”.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər