Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-01-2017 13:03 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı bu gündən valyuta alqı-satqısındakı 4 faizlik marjanı aradan
qaldırıb.
Reyting.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri müavini bütün banklara, o cümlədən "Azərpoçt"a rəsmi məktub göndərib.
Məktubda deyilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı alış-satış məzənnəsinin rəsmi məzənnədən + 4 faiz həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci ildən ləğv edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın "tam üzən məzənnə” siyasətinə keçməsi və 4 faizlik marjanın ləğv edilməsilə bağlı açıqlama verib.
Reyting.az-ın xəbərinə görə, V.Əhmədov Modern.az-a deyib ki, Mərkəzi Bank birdən-birə "tam üzən məzənnə” siyasətinə keçməyəcək:
"Bununla əlaqədar olaraq addımlar atılıb. Bu, "strateji yol xəritəsi”ndə öz əksini tapıb. Amma birdən-birə bu siyasətə keçmək qeyri-mümkündür. Çünki müəyyən problemlər yarana bilər.
Dünən Mərkəzi Bank və kommersiya banklarının birgə iştirakı ilə toplantı keçirildi. Banklara müəyyən göstərişlər verildi. Yəqin ki, bir müddət sonra nəticələrini görəcəyik”.
V.Əhmədov bildirib ki, dollar satışındakı 4 faizlik marjanın ləğvi "qara bazar”ın qarşısını alacaq:
"Marjanın götürülməsi "qara bazar”ın ləğvi və banklarda dollar satılmasını təmin edəcək. Amma bunlar müəyyən müddətdən sonra baş verəcək. Mən inanmıram ki, bu, qısa zamanda baş versin. Proses mərhələli şəkildə, təxminən 5-6 aya icra olunacaq. Əks təqdirdə, maliyyə bazarında ciddi problemlər yaranacaq”.
Deputat qeyd edib ki, ölkə başçısı Dövlət Neft Fondunun büdcəsini təsdiq edib və oradan 7, 5 milyon manat Mərkəzi Banka transfer nəzərdə tutulub. Bunun üçün də vaxt lazımdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər