Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-02-2016 19:47 | Bölmə: İqtisadiyyat

"Şahdəniz-2” yatağından hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı Fransanın "Gaz de France” şirkətidir. Şirkət 65 milyard kubmetr Azərbaycan qazı alacaq.
Reyting.az xəbər verir ki, Energetika Nazirliyindən fins.az-a verilən məlumata görə, bunu energetika naziri Natiq Əliyev Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ilə keçirdiyi görüşdə deyib. Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan N.Əliyev bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət edildiyini bildirib.
İkitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının səfərlərinin mühüm əhəmiyyət daşıdığını deyən N.Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanın neft-qaz və neft məhsulları sənayesində yaxından iştirak edirlər. Belə ki, "Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiumun 5 faizinə və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsində isə 10 faizlik iştirak payına malikdir. Bundan başqa, "Total” və "Gaz de France” şirkətləri ilə "Abşeron” yatağı üzrə əməkdaşlıq enerji sahəsindəki əlaqələrə töhfədir.
Nazir bildirib ki, "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın "Gaz de France” şirkətidir. Belə ki, şirkət 65 milyard kubmetr Azərbaycan qazı alacaq. N.Əliyev Fransa ilə enerji sahəsində uzun illər əməkdaşlıq etmək üçün kifayət qədər imkanların olduğunu diqqətə çatdırıb.
Səfir Orelia Buşez Fransa-Azərbaycan münasibətlərində enerji amilinin rolunu yüksək qiymətləndirərək, ölkəsinin şirkətlərinin "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması çərçivəsində aparılan tikinti işləri, eləcə də neft emalı, neft-kimya sənayesində iştirakda maraqlı olduqlarını bildirib. Sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşmış "Air Liquide” və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması istiqamətində "Axens” şirkətlərinin fəaliyyətinə toxunan səfir onu da əlavə edib ki, hazırda yeni enerji sahələrinin müəyyənləşdirilməsinə güclü diqqət var: "Azərbaycanda yeni enerji sahələrinin tədqiqatı məqsədilə Fransadan bir qrup mütəxəssisin səfəri planlaşdırılır”.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər