Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-02-2017 16:18 | Bölmə: İqtisadiyyat

"Dünya iqtisadiyyatında baş verən neqativ proseslər, neftin ucuzlaşması nəticəsində ixracın azalması həm Azərbaycan iqtisadiyyatına, həm də yoxsulluq səviyyəsinə öz təsirini göstərib. Nəticədə 2016-cı ildə yoxsulluq səviyyəsində cüzi artım olsa da, vaxtında görülən qabaqlayıcı tədbirlər nəticə verib”.
Reyting.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyn bildirib.
Ramil Hüseyn deyib ki, xüsusən də buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqinin dayandırılması, dərman vasitələri bazarının tənzimlənməsi ilə qiymət artımının qarşısının alınması, elektrik enerjisinin vətəbii qazın ölkədaxili tariflərinin həssas təbəqənin maraqlarına uyğun olaraq yenidən tənzimlənməsi və bu kimi digər tədbirlər yoxsulluğun qarşısının alınmasında müstəsna rol oynayıb. Hazırda qonşu dövlətlərlə müqayisədə ən aşağı yoxsulluq göstəricisi Azərbaycandadır.
R.Hüseyn qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” əsasən ölkədə əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərini formalaşdırılacaq. Bu isə yoxsulluğun azaldılmasına xidmət edəcək:
"Ümumiyyətlə, Strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək”.
Ekspertin fikrincə, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq:
layiqli iş yerlərinin sayının artırılması;
əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək.
"Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcəkdir. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq”,-deyə R.Hüseyn qeyd edib.
Onu da xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədəki yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4.9 faizə enib. Yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi 10 il ərzində 10 dəfə azalıb. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici Macarıstanda 14,5 %, Portuqaliyada 19,5%, Rumıniyada 25,4%, Latviyada 22,5%, Litvada 22,2%, Yunanıstanda 21,4% səviyyəsindədir.
Dövlət Statistika Komitəsinin 2017-ci il yanvarın 1-nə qədər olan məlumatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5.9% təşkil edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər