Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-02-2016 17:07 | Bölmə: İqtisadiyyat

Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasil edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi üzrə ötən ay 535 435 ton neft hasil edilib.
İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, ötən ay hasilat planı 534 450 ton təşkil edib ki, tapşırığa 100,2% əməl olunub.
Bildirilib ki, yanvar ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub: "2016-cı ilin müvafiq dövründə 473,8 mln. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq bu, 489,5 mln. kubmetrə bərabər olub. Plan 3,3% artıq yerinə yetirilib".
Qeyd olunub ki, Birlik yanvar ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olub: "Bununla yanaşı, "Azneft” İstehsalat Birliyi kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb".
Məlumata görə, ötən ay fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 16 quyu istismara qaytarılıb. Bu quyulardan 92 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 845 ton neft alınıb: "Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 61 geoloji tədbir keçirilib, nəticədə 1961 ton neft hasil edilib ki, bu da plana qarşı müvafiq olaraq23 tədbir çox və 591 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 3090 ton plana qarşı 3881 ton neft hasil edilib".
Qurumdan qeyd olunub ki, ötən ay "Azneft” İB-nin sifarişi əsasında 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 1089 ton plana qarşı 1338 ton neft hasil edilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər