Tarix: 12-11-2015 13:29 | Bölmə: İqtisadiyyat
"ABŞ-da iqtisadi atrımla bağlı optimist gözləntilərin
özünü doğrultması bütövlükdə dünya iqtisadiyyatında yeni tendensiyalar
formalaşdırmaqdadır. Bu, ilk növbədə ABŞ dollarının beynəlxalq
bazarlarda mövqeyini möhkəmləndirir”.
BunuAzNews.az-a
açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib. O, deyib ki, aşağı neft
qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı
olaraq aparılan liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu,
deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır: "ABŞ-da ümumi
daxili məhsul 3-cü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, bütölükdə isə
2015-ci ilin 9 ayında 2,5 faiz artıb. Nəticədə sentyabr ayında işsizlik səviyyəsi
5,1 faiz, inflyasiya isə - 0,04 faiz oub. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il üçün 2
faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a
birbaşa xarici investisiyaların həcminin 11% artaraq 1.4 trln dollara çatacağı
gözlənilir. Bütün bu müsbət tendensiyalar ilk növbədə ABŞ dollarının beynəlxalq
bazarlarda mövqeyini möhkəmləndirir.
Bununla yanaşı ABŞ FEC Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti
toplantıda banklar üçün uçot dərəcəsinin (hazırda 0.25 faizdir) yüksəldiləcəyi
ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da manata olan təzyiqi biz az
da artırır”.
Ekspert
qeyd edib ki, Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam
etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə
salıb:"Xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən
Azərbaycan manatı da təsirlənməkdədir. Xüsusilə də son günlər ABŞ dollarının
avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı
bir az da artırmış, həmçinin cəmi depozit bazasının valyutalar üzrə
strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib. Bu ilin oktyabrın 1-nə
olan məlumata görə, xarici valyuta ilə depozitlərin ümumi yekunda payı 75,4
faizə çatıb. Bir il bundan əvvəl müvafiq göstərici 50,2 faiz təşkil edib”.
Q.İbadoğlu
Azərbaycan Mərkəzi Bankının (AMB) bir neçə gün öncə daxili valyuta bazarında
sabitliyi qorumaq üçün bazara bir gündə 94 milyon dollar əlavə vəsait yerləşdirmək
məcburiyyətində qaldığını vurğulayıb:"Göründüyü kimi, getdikcə zəifləyən manat yalnız
daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makro
iqtisadi şoklara reaksiya verməkdədir. Nəticədə manata olan işgüzar inam gündən-günə
azaldığından onu qorumaq Mərkəzi Banka getdikcə baha başa gəlir. Neft qiymətlərinin
artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq
şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivi görsənmir.
Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta
bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyat liberal bazar tənzimlənməsinə
keçid nə qədər tez təmin olunarsa bir o qədər də tez dövlətin xərci azala və
manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər”.
Ekspertin fikrincə, əks tədqirdə nominal olaraq məzənnəsi qorunan, amma
reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək
mümkün olmayacaq.
Bölməyə aid digər xəbərlər