Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-02-2016 15:14 | Bölmə: İqtisadiyyat

Bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankının qərarı ilə lisenziyası ləğv edilmiş «Texnikabank» ASC-nin iflas proseduru başlanıb.
Reyting.az xəbər verir ki, bankdan fins.az-a verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə "Texnikabank” ASC müflis elan edilib və iflas proseduru başlanılıb. Bankın ləğedicisi olaraq "M.M.M. Perfekt Konsaltinq” MMC şirkəti təyin edilib və qərar dərhal icraya yönəldilib.
"M.M.M. Perfekt Konsaltinq” bankla əlaqədar şəxslərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir:
"Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən bildiririk:
-bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
-banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
-bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
-qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
-bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
-Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
Ləğv prosesində olan "Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Banka tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün 15 aprel 2016-ci il tarixinədək, ləğvedici şirkət "M.M.M. Perfekt Konsaltinq” MMC-ə (Xətai ray., Babək pr. 16) müraciət edə bilərlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər