Deputat: “Bəzi analar aliment almaqda çətinlik çəkirlər”
Tarix: 25-12-2020 16:13 | Bölmə: İqtisadiyyat
Deputat: “Bəzi analar aliment almaqda çətinlik çəkirlər”

“Aliment fondunun yaradılması vacib məsələlərdən biridir. Bu gün bəzi analar var ki, aliment almaqda çətinlik çəkirlər”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Uzun müddət aliment ala bilməyən analar var ki, təklif edirəm onların məşğulluq məsələsinə önəm verilməlidir. İnanırıq ki, bir gün Aliment fondunun yaradılması məsələsinə də baxılacaq”, - komitə sədri bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər