Mərkəzi Bank “qara bazar”la bağlı açıqlama yayıb
Tarix: 26-12-2020 12:17 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank “qara bazar”la bağlı açıqlama yayıb

Mərkəzi Bank (AMB) ölkədə “qara bazar” ilə əlaqədar açıqlama yayıb.

Məlumata görə, AMB valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış fikirlərə cavab olaraq bildirib ki, Bank qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

“Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir”, - deyə açıqlamada qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər