Vergi Məcəlləsinə dəyişiklik olunub
Tarix: 26-12-2020 14:57 | Bölmə: İqtisadiyyat
Vergi Məcəlləsinə dəyişiklik olunub

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklərə əsasən icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti daha 1 il artırılıb.

Sənəddə qeyd olunub ki, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər