Şəhid ailəsi üzvlərindən 1700-dək şəxsin təqaüd, pensiya və müavinət təyinatı aparılıb
Tarix: 27-12-2020 11:40 | Bölmə: İqtisadiyyat
Şəhid ailəsi üzvlərindən 1700-dək şəxsin təqaüd, pensiya və müavinət təyinatı aparılıb

Şəhid ailəsi üzvlərindən artıq 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

Fond tərəfindən artıq 700-dək şəhidin 1700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.

Bu ay Nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər