Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edilib
Tarix: 27-12-2020 18:06 | Bölmə: İqtisadiyyat
Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edilib

Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi xəbər yayıb.

Bildirilib ki, neft yataqlarından biri Dahran şəhərindən şimal-qərbə, ölkənin şərqində kəşf edilib, ikinci yataq Rafha şəhərindən şimal-qərbə, İraqla sərhəd ərazidə tapılıb.

Qaz ehtiyatları isə Qavar neft yatağından cənub-qərbdə, Əl-Minahaz quyusunda kəşf edilib.

Nazirin sözlərinə görə, “Saudi Aramco” yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər