Türkiyədə dövriyyəyə rəqəmsal valyuta buraxılacaq
Tarix: 28-12-2020 10:36 | Bölmə: İqtisadiyyat
Türkiyədə dövriyyəyə rəqəmsal valyuta buraxılacaq

Türkiyə Mərkəzi Bankı gələn ilin II yarısında dövriyyəyə rəqəmsal valyuta buraxmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Mərkəzi Bankının sədri Naci Ağbal bildirib ki, rəqəmsal valyuta ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlanılıb. 2021-ci ilin II yarısında onun test rejimində dövriyyəyə buraxılması planlaşdırılır.

Naci Ağbal bildirib ki, Türkiyənin milli valyutasının məzənnəsinin və Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunması ilə bağlı cəmiyyət haqlı tələblər irəli sürüb.

N. Ağbal əlavə edib ki, məzənnəni qoruyacağıqsa, bu, elan ediləcək proqram daxilində olacaq: “Mənfəətimizin 10 faizi ehtiyat fondları üçün ayrılacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər