Dolların devalvasiyasına səbəb olacaq amillər açıqlanıb​​​​​​​
Tarix: 28-12-2020 13:46 | Bölmə: İqtisadiyyat
Dolların devalvasiyasına səbəb olacaq amillər açıqlanıb​​​​​​​

Son vaxtlar dünyanın mühüm valyutalarına nisbətən 10 faizədək ucuzlaşan ABŞ dollarının kəskin zəifləyəcəyi barədə ehtimallar inandırıcı görünmür.

 FT xəbər verir ki, dolların devalvasiyasına səbəb olacaq dörd əsas amil var. Bunlardan birincisi koronavirusa qarşı peyvənd işlərinin başladığı vaxtda ABŞ pul vahidinin artıq ən etibarlı saxlanc yeri “vəzifə”sini “təhvil” verməsidir.

İkincisi, Fed (FRS) pul-kredit siyasətini yumşaltmağa davam edir. Bununla yanaşı, ABŞ-da çoxdandır büdcə kəsiri olduğu nəzərə alınsa, dolların ucuzlaşması yerli aktivlərə tələbatı artıra bilər.

Nəhayət, bir çox ekspertlər ABŞ-ın geosiyasi qüdrətinin qürubuna az qalması qənaətindədir. Bu da heç şübhəsiz, dolların ənənəvi beynəlxalq pul vahidi statusunun da sona çatması deməkdir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər