Deputat: "Şirkətlər üçün bərabər imkanlar yaradılmasına çalışmaq lazımdır"
Tarix: 28-12-2020 15:36 | Bölmə: İqtisadiyyat
Deputat: "Şirkətlər üçün bərabər imkanlar yaradılmasına çalışmaq lazımdır"

“Dünyanın hər yerində neft şirkətləri ən çox gəlirlə işləyən şirkətlərdir. Necə olur ki, kiçik şirkətlərə ƏDV tətbiq olunur, amma Dövlət Neft Şirkəti bundan azaddır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, şirkətlər üçün bərabər imkanlar yaradılmasına çalışmaq lazımdır: “Bunu doğru saymıram”.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavabında bildirib ki, iqtisadiyyatda rəqəmə görə güzəştlərin tətbiqi çox geniş yayılıb: “Burada əsas məqsəd daha çox iri formada investisiyanın cəlb edilməsinə şərait yaratmaqdır. Bunu tətbiq etməsək, onda ölkədə keyfiyyətli neft məhsullarının emalı şirkətlərindən söhbət gedə bilməz”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər