Koronavirus peyvəndləri qlobal neft tələbatının bərpasına kömək edir
Tarix: 28-12-2020 16:52 | Bölmə: İqtisadiyyat
Koronavirus peyvəndləri qlobal neft tələbatının bərpasına kömək edir

Koronavirus peyvəndlərinin qlobal bazarda ortaya çıxması neft tələbatının bərpa olunmasına kömək edir.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, qlobal neft bazarı 2021-ci il ərzində böhrandan əvvəlki göstəricilərə qayıda bilər: "2020-ci ilin ərzində tələbatın canlanmasını artıq müşahidə etdik, lakin yenə də böhrandan əvvəlki parametrlərə çatmadıq. Ümid edirik, 2021-ci ildə hələ pandemiyanın yayılmasından əvvəlki göstəricilərə çatacağıq".

Baş nazirin müavininin sözlərinə görə, nikbin proqnozlara əsasən, 2021-ci ildə gündəlik qlobal neft tələbatı 5-6 mln. barel arta bilər/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər