Bu il Ceyhan limanından 276 tanker Azərbaycan nefti yola salınıb
Tarix: 29-12-2020 14:40 | Bölmə: İqtisadiyyat
Bu il Ceyhan limanından 276 tanker Azərbaycan nefti yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 209,05 mln barel xam neft nəql edib.

Ryting.az
xəbər verir ki, bu həcmdə xam neft 276 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,569 mlrd barel neft 4 657 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər