Nazirlər Kabinetinə 261 milyon manatı bölmək tapşırılıb
Tarix: 01-01-2021 11:23 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabinetinə 261 milyon manatı bölmək tapşırılıb

Bu ilin dövlət büdcəsində yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər