Məhbuslara elektron nəzarət üçün 6,9 milyon manat ayrılıb
Tarix: 04-01-2021 11:00 | Bölmə: İqtisadiyyat
Məhbuslara elektron nəzarət üçün 6,9 milyon manat ayrılıb

Azərbaycanda inzibati tənbeh və ictimai işlərə cəlb edilmiş məhbuslara elektron nəzarət vasitələri alınacaq.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda əksini tapıb.

Bu məqsədlə bu il dövlət büdcəsində Probasiya Xidmətinə elektron nəzarət vasitələrinin alınması üçün Ədliyyə Nazirliyinə 6 milyon 900 min manat ayrılıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər