Tarif Şurası 300-ə yaxın dərmanın qiyməti ilə bağlı qərar verib
Tarix: 05-01-2021 00:46 | Bölmə: İqtisadiyyat
Tarif Şurası 300-ə yaxın dərmanın qiyməti ilə bağlı qərar verib

Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilən iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti təsdiqlənib.

Reyting.az
xəbər verir ki, ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) My Webpage “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) My Webpage yerləşdirilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fitosanitar tədbirlərə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının təsdiq edildiyi nəzərə alınaraq, Tarif Şurasının 01.08.2014-cü il tarixli 4 nömrəli Qərarı ləğv olunub.

Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) My Webpage “Şuranın qərarları” bölməsində tanış olmaq olar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər