Bu il əmanət üçün ən yaxşı valyuta açıqlanıb
Tarix: 05-01-2021 10:42 | Bölmə: İqtisadiyyat
Bu il əmanət üçün ən yaxşı valyuta açıqlanıb

"Bu il əmanət üçün ən yaxşı xarici valyuta avro olacaq, çünki Avropa iqtisadiyyatının bərpa dinamikası bu valyutanın məzənnəsinin artmasını dəstəkləyəcək".

“RİA Novosti” xəbər verir ki, bu barədə “BKS Mir investitsiy” şirkətinin fond bazarı üzrə mütəxəssisi Mixail Zeltser bildirib.

“Hesab edirik ki, Avropa iqtisadiyyatının dinamikası ABŞ-ın bərpa sürətini üstələyəcək, ABŞ-ın fiskal proqramları isə dollara devalvasiya təzyiqi göstərəcək. Beləliklə, avro artıq 2021-ci ilin birinci rübündə dollara nisbətdə 1,3 dəfə baha ola bilər. Bu onu göstərir ki, xarici valyutadakı vəsaitləri avro ilə saxlamağa daha çox üstünlük verilə bilər”, - o, deyib.

Ekspert hesab edir ki, avrodan başqa, yuan və yen də bu məqsəd üçün ortamüddətli potensiala malikdirlər.

M.Zeltsver vurğulayıb ki, BRİKS ölkələrinin valyutaları, xüsusən də rand və rupi də maraq cəlb edə bilər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər