Neftin qiyməti artıb, təbii qaz ucuzlaşıb
Tarix: 06-01-2021 09:53 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti artıb, təbii qaz ucuzlaşıb

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatları zamanı Brent markalı neftin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,54 faiz artaraq 1 barelə görə 53,89 dollar olub.

Reyting.az
-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,22 faiz yüksələrək 50,04 dollar təşkil edib.

Neftdən fərqli olaraq təbii qazın qiymətində azalma müşhidə edilib. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,15 faiz azalaraq 2,67 ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər