Avronun manata qarşı məzənnəsi 32 aylıq maksimuma çatıb
Tarix: 07-01-2021 10:48 | Bölmə: İqtisadiyyat
Avronun manata qarşı məzənnəsi 32 aylıq maksimuma çatıb

Yanvarın 7-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0958 manat təşkil edib. Bu, son 32 ayda ən yüksək göstəricidir.

Məlumata görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən yüksək səviyyəsi 2018-ci ilin 20 aprel tarixində qeydə alınmışdı –2,0981 manat.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0230 manata, 1 türk lirəsi isə 0,2327 manata yüksəlib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər