Dövlətə məxsus 13 avtomobil hərraca çıxarılacaq
Tarix: 07-01-2021 12:03 | Bölmə: İqtisadiyyat
Dövlətə məxsus 13 avtomobil hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracı fevralın 2-də təşkil edəcək.

Nazirliyin məlumatına görə, hərraca 13 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/2Xejx3T) My Webpage

Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyənlərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da var. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) My Webpage və ya Özəlləşdirmə portalına (privatization.az) My Webpage daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) My Webpage “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}