Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-05-2017 14:06 | Bölmə: İqtisadiyyat

"Nazirlər Kabinetinin son qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, son dəyişlikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq sözügedən sənədlər qaydalardan çıxarılıb”.
Reyting.az-ın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Nicat Hacızadə Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na edilən dəyişiklikləri şərh edərkən deyib.
Xatırladaq ki, qeyd olunan qərar, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə həyata keçirilib.
N.Hacızadə bildirib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatlarında tələb olunan sənədlərlə əlaqədar dəyişikliyi qabaqcıl iqtisadiyyata malik ölkələrin təcrübəsinə əsaslanıb. Mərkəzin analitiki deyib ki, bütün bunlar sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməsi üçün növbəti islahat tədbirlərinin bir hissəsidir.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib.İxrac-idxal əməliyyatlarında sənədlərin azaldılması sahibkarların öz risklərini tənzimləmələrinə imkan verəcəkdir. Belə ki, ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq həmin sənədləri könüllü şəkildə ala bilər. Bundan əlavə, sözügedən qaydaya müvafiq olaraq, ixrac və idxal əməliyyatlarında mənşə "Malların perefensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın 10.1-ci bəndində göstərilən hallarda tələb ediləcəkdir.
Nazirlər Kabinetinin qaydalarına edilən dəyişikliyin ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə də təsir göstərəcəyini vurğulayan N.Hacızadə tələb olunan sənədlərin azalması nəticəsində ölkənin mövqeyinin yüksələyəcəyini vurğulayıb. "Bildiyiniz kimi, beynəlxalq reytinqlərdə gömrük fəaliyyətini tənzimləyən müxtəlif indikatorlar var ki, onlardan biri də "Sərhəddə ticarət” göstəricisidir. Sözügedən indikatorda ixrac və idxal əməliyyatlarında tələb olunan sənədlərin azaldılması Azərbaycanın mövqeyini bir qədər də yüksəldəcəkdir. Nəzərə almaq lazımdır ki, sərhəddə ticarət göstəricisi xarici investorların xüsusi diqqət mərkəzində olduğundan, ölkəyə xarici investisiya axınında artırması gözləniləndir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər