17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhid ailələrinə aylıq təqaüd, müavinət və pensiyaların təyinatı işləri davam edir
Tarix: 11-01-2021 11:37 | Bölmə: İqtisadiyyat
Şəhid ailələrinə aylıq təqaüd, müavinət və pensiyaların təyinatı işləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}