Pandemiya dövründə 600 min nəfər birdəfəlik yardım alıb
Tarix: 11-01-2021 11:37 | Bölmə: İqtisadiyyat
Pandemiya dövründə 600 min nəfər birdəfəlik yardım alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ötən il 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb. Onlardan 38 mini daimi, 50 mini iki aylıq - müvəqqəti xarakter daşıyıb.

Nazirlik rəsmisi əlavə edib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb. Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərclənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər