Türkiyədə təbii qaz yataqları tapıldı – üç rayonda
Tarix: 25-02-2016 14:58 | Bölmə: İqtisadiyyat

Türkiyənin Sakarya vilayətinin Söyüdlü, Sərdivan və Fərizli rayonlarında təbii qaz yataqları tapılıb.

Reyting.az saytı axar.az-a istinadən xəbər verir ki, aparılan qazma işləri nəticəsində Söyüdlüdə 400, Sərdivan və Fərizlidə isə 450 metr dərinlikdə qaz olduğu müəyyənləşib.

Təbii qaz tapılan quyular təhlükəsizlik tədbirləri çərçivəsində müvəqqəti bağlanıb.

Sakarya vilayətinin rəhbərliyi də faktı təsdiqləyib. Bölgədəki qaz ehtiyatı barədə isə yaxın vaxtlarda rəsmi məlumatın veriləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə Rusiya, İran və Azərbaycandan ölkənin idxal etdiyi qazın 85 faizini alır. Bundan əlavə, Qətərlə də qazın idxalına dair müqavilə imzalanıb.






Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}