Dövlət xətti ilə aqrar sığorta üçün son müraciət tarixləri açıqlanıb
Tarix: 11-01-2021 14:47 | Bölmə: İqtisadiyyat
Dövlət xətti ilə aqrar sığorta üçün son müraciət tarixləri açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu bitki və heyvanların dövlət xətti ilə sığortası üçün son müraciət tarixlərini açıqlayıb.

Reyting.az
Fonda istinadən xəbər verir ki, tarixlər fenoloji müddətlər nəzərə alınmaqla müəyyən edilib.

Müraciət üçün son tarix:

Şəkər çuğunduru

05.03.2021

Üzüm

15.03.2021

Çay

30.03.2021

Limon

10.04.2021

Narıngi

10.04.2021

Portağal

10.04.2021

Yazlıq taxıl

15.04.2021

Pambıq

20.04.2021

Tütün

30.04.2021

Çəltik

05.05.2021

Fındıq

10.05.2021

Qarğıdalı

07.06.2021

Payızlıq taxıl

01.11.2021

Kartof

İl boyu

K/t heyvanları

İl boyu

Xatırladaq ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər