Almaniyanın aparıcı bankı Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırıb
Tarix: 12-01-2021 15:22 | Bölmə: İqtisadiyyat
Almaniyanın aparıcı bankı Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırıb

Almaniyanın aparıcı bankı “Deutsche Bank” ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Donald Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırmağa qərar verib.

"New York Times” nəşrinə istinadən xəbər verir ki, bank bu addımı dövlət başçısının tərəfdarlarının yanvarın 6-da ABŞ Konqresinin binasına hücumuna cavab olaraq atıb.

"Deutsche Bank” D.Trampın oğullarının idarə etdiyi “Trump Organization” şirkətinə təxminən 340 milyon ABŞ dolları borc verib. Bank şirkətin əsas tərəfdaşıdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər