Erməni biznesmenlər Azərbaycanla yolun açılmasını müzakirə edir
Tarix: 14-01-2021 15:48 | Bölmə: İqtisadiyyat
Erməni biznesmenlər Azərbaycanla yolun açılmasını müzakirə edir

“Erməni iş adamları ilə gündəlik və saatlıq görüşlərim olur. Son belə iclası dünən keçirilib”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Vaan Keropyan deyib.

Yeri gəlmişkən, xəbərlər var ki, görüşdə erməni iş adamlarının Azərbaycanla yolların açılması və bundan öz məqsədləri üçün istifadə edə bilmək imkanlarının müzakirə edildiyi ehtimal olunur.

Erməni nazir deyib ki, görüşdə əsasən mövcud problemlər müzakirə edilib:

“Bilirəm ki, bir çox iş adamları, məsələn, Qaxazıstana mal ixrac etdikləri zaman böyük itkilər verirlər. Sadəcə, istifadə etdikləri yolun uzunluğu səbəbindən. Yolun uzun olması ikiqat baha qiymətə başa gəlir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər