AİB-in Azərbaycanın da daxil olduğu regional departamentinə baş direktor təyin edilib
Tarix: 15-01-2021 10:46 | Bölmə: İqtisadiyyat
AİB-in Azərbaycanın da daxil olduğu regional departamentinə baş direktor təyin edilib

Asiya İnkişaf Bankı (AİB) Qazaxıstan vətəndaşı Yevgeni Jukovu Azərbaycanın da daxil olduğu Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru vəzifəsinə təyin edib.

AİB-in məlumatına görə, Yevgeni Jukov bu vəzifədə bankda 30 il işləmiş Verner Lipaxı əvəz edib. Jukov AİB-in sözügedən regionda yerləşən 10 ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Pakistan, Əfqanıstan) işinə rəhbərlik edəcək. Bu region üzrə bankın ümumi portfeli 24 mlrd. ABŞ dollarıdır.


Y. Jukov

Qeyd edək ki, Jukov 10 ölkə nümayəndəliyini 7 sektor üzrə idarə edəcək: enerji; ətraf mühit, təbii sərvətlər və kənd təsərrüfatı; ictimai idarəetməsi, maliyyə sektoru və ticarət; regional əməkdaşlıq və əməliyyat koordinasiyası; sosial; nəqliyyat və rabitə; şəhərsalma və su infrastrukturu.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər