Şəhid ailələrinə mənzillərin verilməsi proqramı bu ay təsdiqlənəcək
Tarix: 18-01-2021 12:05 | Bölmə: İqtisadiyyat
Şəhid ailələrinə mənzillərin verilməsi proqramı bu ay təsdiqlənəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələrinə mənzillərin hansı dövrdə veriləcəyi məsələsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, nazir müavini ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib ki, hazırda bir neçə istiqamətdə dəqiqləşmə aparılır:

"Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsində şəhid ailələrinə mənzillərin verilməsi növbəli şəkildə davam edir, Vətən müharibəsindən əvvəl onlarla bağlı proqram nəzərdə tutulmuşdu. Vətən müharibəsi bitəndən sonra hazırda həmin kontingentdən olan ailələr də dəqiqləşdirilir. Mənzillərin hansı mərhələdə verilməsi ilə bağlı yəqin ki, yanvarda proqram təsdiq olunacaq. Burada maliyyə yükü, rəqəmlərlə bağlə dəqiqləşmələr aparılır. Əminəm ki, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsindən olan şəhid ailələri qısa müddətdə çox gözəl evlərlə əhatə olunacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər