Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək
Tarix: 19-01-2021 10:52 | Bölmə: İqtisadiyyat
Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək

Milli Məclisin yaz sessiyasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, qanun layihəsi komitənin yaz sessiyasının işlər planına daxil edilib: “Bundan əlavə, sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”/Report.

Qeyd edək ki, “Lombardlar haqqında” qanun layihəsi parlamentin 2019-cu il payız sessiyasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilmişdi. Daha sonra qanun layihəsi Milli Məclisin 2020-ci ilin yaz və payız sessiyasının qanunvericilik işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər