Mikayıl Cabbarov: "Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"
Tarix: 20-01-2021 14:36 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən il 4,3 % iqtisadi geriləmə ilə üzləşsə də, bu il ölkə Qarabağın işğaldan azad edilməsi ilə 3,4 % iqtisadi inkişaf gözləyir".

Bunu "Bloomberg" agentliyinə müsahibəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O həmçinin deyib ki, beynəlxalq təşkilatların da Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozları nikbindir: "2021-ci ildə Dünya Bankı ölkəmizdə 1,9 %, Beynəlxalq Valyuta Fondu isə 2 % iqtisadi artım proqnozlaşdırır".

Bundan başqa, nazir əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycan orta illik iqtisadi inkişaf tempini 2 dəfə artıraraq 7 %-ə çatdırmağı qarşıya hədəf qoyub.

M.Cabbarov ölkədə koronavirus əleyhinə vaksinasiyanın başladığını və iqtisadiyyatın qapanmış sahələrinin inkişaf edəcəyinə inandığını da qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər