21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda 20 mindən çox iş yeri bağlanıb
Tarix: 20-02-2021 15:04 | Bölmə: İqtisadiyyat
Azərbaycanda 20 mindən çox iş yeri bağlanıb

2020-ci il ərzində Azərbaycanda 20,1 min iş yeri bağlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a bildiriblər. Məlumata görə, bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşüb:

“İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb”.

Hesabat dövründə ölkə ərazisində 129,0 min yeni iş yerinin açıldığı da bildirilir:

“Bu dövrdə yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər