Kəlbəcərə yeni yol çəkiləcək
Tarix: 22-02-2021 12:20 | Bölmə: İqtisadiyyat
Kəlbəcərə yeni yol çəkiləcək

Kəlbəcər rayonuna Gəncə-Toğana yolunu Ömər aşırımından keçməklə yeni yol çəkiləcək. Gələn ay yolun tikintisinə başlanılacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hələlik düşmən qonşumuzla yaşayışı təmin edənə qədər bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik.

S. Məmmədov bildirib ki, yeni yolla bağlı 2 aydır ki, layihələndirmə işləri aparılır: “Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərdə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}