21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yeni qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır
Tarix: 22-02-2021 17:14 | Bölmə: İqtisadiyyat
Yeni qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.

“Azəriqaz”İstehsalat Birliyindən Reyting.az-a verilən məlumata görə, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Məlumata görə, abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir. Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Hesab edirik ki, bu addım, abonent məmnuniyyəti üçün əhəmiyyətli olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər