17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib
Tarix: 25-02-2021 13:00 | Bölmə: İqtisadiyyat
Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

Fevralın 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Beyləqan rayonu və Siyəzən şəhərində yerləşir. Hərracda, həmçinin “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri də özəlləşdirilib. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/37J2HzD, https://bit.ly/3sguDmi)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}