21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dünya bazarında neft və təbii qazın qiyməti artır
Tarix: 01-03-2021 10:11 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft və təbii qazın qiyməti artır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı "Brent" markalı neftin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,77 faiz artaraq 1 barelə görə 65,56 dollar təşkil edib.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,74 faiz artaraq 62,57 dollar təşkil edib.

Reyting.az xəbər verir ki, bahalaşan təkcə neft deyil, təbii qazın da qiymətində artım var.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,65 faiz artaraq 2,791 ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər