17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək
Tarix: 01-03-2021 12:19 | Bölmə: İqtisadiyyat
Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək

Azərbaycan sahibkarlarının son vaxtlar Rusiya bazarına meyvə-tərəvəz ixracı zamanı yaşadığı problemlərin aradan qaldırılması istiqamətində növbəti aylarda köməklik göstəriləcək.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusilə, Avropa bazarına çıxmaq nəzərdə tutulur ki, bu bazarda yerli sahibkarlar daha çox rəqabət qabiliyyətli olmaqları zəruri olacaq: "Onlar bazarları seçərkən məhsullarını elə təqdim etməlidirlər ki, rəqabətə tab gətirsin. Dövlət maliyyə dəstəyini, təşviq mexanizmlərini göstərəcək. Sahibkarlarla dəfələrlə keçirilən görüşlərdə bu məsələlər ciddi müzakirə olunur və müvafiq tövsiyələr verilir"/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}